İlham Əliyev

Xəbər verdiyimiz kimi, "KVN” Beynəlxalq İttifaqı və "AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью” və "DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.
Rusiyanın Şoçi şəhərində start götürən "KVN-2017” festivalında qondarma rejim adından fəaliyyət göstərən KVN komandalarının iştirakı Azərbaycanda etirazlara səbəb olub.
Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi etiraz edərək bəyanat yayıb.
BakiPost.az xəbər verir ki, Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov nazirliklərin sözügedən bəyanatları prezident İlham Əliyevin tapşırığından sonra verdiklərini vurğulayıb: "Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”.
Qeyd edək ki, Ermənistan yarışın seçmə mərhələsinə ümumilikdə 5 komanda ilə qatılıb. Bu komandalardan 2-si Xankəndini, 2-si Ermənistanı, 1-i isə "Ermənistan yığması” adı altında Moskvanı təmsil edib.
Ermənistan 2-ci tura yalnız Moskvada olan "Ermənistan yığması” ilə keçə bilib. Ümumilikdə 2-ci mərhələyə 81 komanda vəsiqə qazanıb ki, onların arasında Azərbaycan təmsilçiləri də var.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26