Interposta.Info

Evlərinə qar içindən açdıqları tuneldən girdilər

Ölkə
 17-01-2017, 07:19     797

 Evlərinə qar içindən açdıqları tuneldən girdilər

Konyanın Hadim bölgəsində qarın qalınlığı 3 metrə qədər yüksəldiyi üçün yollar bağlanıb. Bəzi insanlar isə evlərinə qar içindən açdıqları tuneldən girib çıxırlar.

Əhalisi 13 min nəfər olan kənddə gündəlik həyat dayanma nöqtəsinə gəlib. Konya Böyükşəhər bələdiyyəsi və Hadim bələdiyyəsi heyəti bağlanan yolları hərəkətə açmaq üçün əllərindən gələni edirlər. Amma qar bəzi evlərin qapısını belə açmağa imkan vermir. Ona görə də bəzi insanlar qardan bağlanan evlərinə açdıqları tuneldən girib çıxırlar.

Bəziləri isə evlərinə damdan girmək məcburiyyətində qalıblar. Evləri və balkonları qarla bağlı olanlardan bəziləri də qarın üstündə çay içərək, qışın gözəlliyinin dadını çıxarır./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26