Interposta.Info

Yaşar Aydəmirov:

Ölkə
 16-01-2017, 14:31     658

Yaşar Aydəmirov:

“Bu gün erməni mətbuatı düşmən ordusunun daha 2 hərbi qulluqçusu – Qaqik Vardanyan və Araik Sarkisyanın ölüm xəbərini yayıb. Bu, bir daha sübut edir ki, Azərbaycan Ordusu cəbhə xəttində baş verənlərə tam nəzarət edir, əməliyyat və taktiki üstünlük tərəfimizdədir”

interposta.info xəbər verir ki, bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.

Onun fikrincə, müsbət cəhətlərdən biri də odur ki, görülən adekvat cavab tədbirləri nəticəsində şəhidimizin qisası tezliklə alınıb: “Ermənilər qısa müddətdə cəzalandırıldı. Əminəm ki, bundan sonra da belə olacaq. Ermənilər anlamalıdırlar ki, təxribatlar törədərək cəbhədə vəziyyəti gərginləşdirdikcə onların mənasız itkilərinin sayı artacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26