Interposta.Info

Bakıda qız oğlanları

Ölkə
 12-01-2017, 18:52     1 580

 Bakıda qız oğlanları

Bu sosial çarx internetdə minlərlə insan tərəfindən izlənilib.

Bakıda çəkilən sosial internetdə böyük marağa səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə xəzərtv-də yayımlanan “Diqqətli ol” verilişində yayımlanan video insanların diqqətini çəkib.

Çarxda gənc xanım kişilərə yaxınlaşaraq onlardan mebel salonlarından birinin ünvanını soruşub. Qarşı cinsin nümayəndələri həmin məkanı tanıdıqlarını bildirdikdə xanım onlardan həmin ünvana birlikdə getməyi xahiş edib. Gənclər isə xanımın bahalı maşını olduğunu düşünərək avtomobilə tərəf getdikdə, xanım həmin şəxslərə digər bir ucuz avtomobili göstərərək, onun avtomobilinin həmin ucuz maşın olduğunu qeyd edib. Bunu görən kişilər isə tez ərazidən uzaqlaşıblar. Sosial çarx internetdə minlərlə insan tərəfindən izlənilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26