Interposta.Info

“Quş qripi”ylə bağlı nazirlikdən sərt açıqlama:

Ölkə
 9-01-2017, 14:58     486

“Quş qripi”ylə bağlı nazirlikdən sərt açıqlama:
"Azərbaycanda H3N2 virusundan heç kim ölməyib”.

interposta.info bildirir ki, bunu BakıPost.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev Azərbaycanda bu virusdan ölənlərin olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu xəbərlər həqiqəti əks etdirmir:
"Bu virus bütün dünyada var. Bu barədə məlumat verənlər əhali arasında xaos yaratmaq istəyənlərdi. Həmçinin onlar xalqın düşməliridir. Maraqlıdır ki, onlar xalqdan nə istəyir?

Bütün ölkələrdə həmişə bu virus olub. Bundan sonra da olacaq. Ümumiyyətlə, hər zaman əlverişsiz şərait olan kimi virus fəallaşır.
Qripdən ölən şəxsi yalnız Səhiyyə Nazirliyi laboratoriyanın verdiyi cavabla təsdiq edə bilər. O laboratoriyada respublikada yalnız bir yerdə Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında mövcuddur. Orada da mütəxəssislər işləyir. həmçinin həmin stansiyada bu virusu aşkarlamaq üçün beynəlxalq səviyyədə şərait var. Əgər belə fakt olsaydı Səhiyyə Nazirliyi bununla bağlı mütləq açıqlama verərdi. Deməli, belə bir hal olmayıb. Niyə hər hansı yoluxucu xəstəliyin ölkə ərazisində mövcud olması faktını gizlədək? Səhiyyə Nazirliyinin və mənim bir baş epidemioloq olaraq bu məlumatları gizlətməyə ixtiyarımız da yoxdur”.

İbadulla Ağayev bildirib ki, Azərbaycanda H3N2 virusunun olmasını və bu virusdan ölənlərin olduğunu iddia edənlər heç nəyə əsaslanmırlar: "Maraqlıdır ki, hansı laboratoriya bunu təsdiqləyib? Əgər Azərbaycanda belə bir virus olsaydı, cənab prezident bununla bağlı müvafiq göstəriş verərdi. Səhiyyə Nazirliyi də müəyyən tədbirlər görərdi".

interposta.info qeyd edir ki, tanınmış həkim, professor Adil Qeybulla modern.az-a bildirib ki, Azərbaycanda yayılan H3N2 virusundan ölənlər var.
Adil Qeybulla qeyd edib ki, keçən il də Azərbaycanda qripdən dünyasını dəyişən insanlar olub: "Rəsmi statistikada öz əksini tapmasa da, bu fakt bizə məlum idi. Ağ ciyərin pnevmoniyası, yuxarı tənəffüs yollarının iltihabı, ağ ciyər ödemi kimi çox sayda xəstəliklər məhz qrip infeksiyası fonunda ağırlaşır, bəzən də ölümlə nəitcələnir. Builki virusdan da ölənlər var. Amma rəsmi olaraq açıqlanmır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26