Interposta.Info

MTN işi:

Ölkə
 9-01-2017, 09:02     626

MTN işi:
Göyçayın sabiq icra başçısı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini Mübariz Ağayev barədə sensasion məlumatlar əldə etmişik

interposta.info bildirir ki, Politika.Az-a Göyçaydakı qaynaqlardan sızan xəbərə görə, nəqliyyat naziri Ziya Məmmədovun adamı olan və nazirin qudasının rəhbərlik etdiyi KTN-də vəzifəyə tutmuş eks-başçının “vurulması”nın təfərrüatı üzə çıxıb.
Məlumatda bildirilir ki, M.Ağayevin Qubadan Göyçaya icra başçısı gətiirilməsi və bu vəzifədə qısa müddət qalmasının səbəbi MTN işi olub.

Məlumatda iddia olunur ki, sabiq icra başçısının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə əlaqələri onun Göyçayla vidalaşmasına səbəb olub.

İntihar etmiş MTN vəzifəlisinin qardaşı İsmayıl Əliyev “Yeni Müsavat” qəzetinə müsahibəsində də dolayısı ilə bu faktı təsdiqləyib. İsmayıl Əliyev bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib.

“Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən. İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi”, - deyə İlqar Əliyevin qardaşı bildirib.

İsmayıl Əliyevin bu fikirlərində diqqətçəkən məqam İlqar Əliyevin həbsindən sonra da onlarla əlaqəni kəsməyən Mübariz adlı şəxsdir. İlqar Əliyevin qardaşı bu şəxsin kimliyini açıqlamayıb.

Lakin məlumata görə isə İsmayıl Əliyevin “Mübariz müəllim” dediyi şəxs Göyçay rayonunun keçmiş icra başçısı Mübariz Ağayevdir.

Mübariz Ağayev İlqar Əliyevlə möhkəm dost olub. Onun icra başçısı vəzifəsindən çıxarılmasının bir səbəbi kimi İlqar Əliyevlə dostluğu göstərilir.

Məlumat üçün deyək ki, Mübariz Ağayev iki dəfə Göyçay rayonunun rəhbərliyinə gətirilib. İlk dəfə 2006-cı ildə Göyçaya icra başçısı təyin edilən Mübariz Ağayev 1 il sonra görəvdən alınıb. İkinci dəfə isə 2015-ci il yanvarın 27-də sözügedən rayonun icra başçısı postuna gətirlib.

Bu dəfə Mübariz Ağayevin rəhbərliyi təxminən 1 il 5 ay çəkib. O 2016-cı il iyunun 10-da vəzifəsindən uzaqlaşdırılıb. 2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev "zəngin” məmur taleyi yaşayıb.

Belə ki, o, 2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba rayonunun icra başçısı olub. Bu postlarda onun keçdiyi yolun hansı dərəcədə uğurlu olduğunu görmək üçün qısaca olaraq ötən illərin medya xülasəsinə nəzər salmaq kifayətdir.

Göyçay rayonundakı etibarlı qaynaq Politika.Az-a iddia edir ki, "Şöhrət” ordenli Mübariz Ağayevin fəaliyyəti haqqında kifayət qədər tənqidi materiallara rast gəlmək mümkündür.

Göyçay və Mingəçevirdə rəhbərlik etdiyi dönəmlərdə sərt tənqidlərə məruz qalan, korrupsiyalaşmış məmurlar sırasında adı ön sıralarda çəkilən M. Ağayev məlum Quba hadisələrindən sonra rayona başçı təyin olundu. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslə dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.

Qubada aparılan kosmetik təmir-tikinti işləri zamanı mənimsənilən milyonlarla dövlət vəsaiti, rayon sakinləri ilə yaranan, bəzi hallarda münaqişə həddinə çatan münasibətlər haqqında zamanında ətraflı məmlumatlar verilib.

Qubanını problemlərinin həllinə biganə münasibət göstərdiyi halda M. Ağayevin rayonda özünə məxsusluğu heç kimdə şübhə doğurmayan biznes obyektlərinin yağışdan sonra çıxan göbələklər kimi çoxalmasını da bilməyən yoxdur.

İcra başçısı işlədiyi bütün ərazilərdə - Göyçayda və Mingəçevirdə çoxsaylı ticarət obyektləri, digər biznes strukturları olan M. Ağayev Qubada da öz şəbəkəsini genişləndirməyi bacardı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26