Interposta.Info

MTRŞ əməkdaşına

Ölkə
 5-01-2017, 19:28     502

MTRŞ əməkdaşına

“Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm”

Bu sözləri MTRŞ-nin monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Tərəqqi” medalı ilə mükafatlandırılması haqda Axar.az-a danışarkən deyib.

O, buna görə qürur duyduğunu bildirib:

“Cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, məni belə bir yüksək mükafatla təltif edib. Həmçinin mükafata namizədliyimi irəli sürənlərə, öz rəhbərliyimizə də dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə göstərilən bu etimadı daim doğruldum”.

Xatırladaq ki, Təvəkkül Dadaşov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il noyabrın 7-də imzaladığı sərəncama əsasən “Tərəqqi” medalına layiq görülüb. Medal sahibinə bu gün təqdim edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26