Interposta.Info

"O cinayətkar polisin əli mənim qanıma batıb" -

Ölkə
 5-01-2017, 13:31     1 138

"O cinayətkar polisin əli mənim qanıma batıb" -
"Vətənim Azərbaycanda mənim şikayətimi eşidən yoxdur.

Dünya Azərbaycanlılarına müraciət edirəm. Cinayətkar polisin əli mənim qanıma batıb.

Mən neyləməliyəm? Kimə şikayət edim? Azərbaycan vətəndaşını Azərbaycan polisi güllələyir və bundan sonra rütbəsi qalxır. Polisin hamısına aid etmək olmaz. Amma belələri var. Belə yaşamaq olmaz. Ölsəm bundan yaxşıdır. Buna dözmək olmaz. Ağzımı tikib ölüm aclığına başlayıram!" -biznesmen Nicad İbrahim Azərbaycanda bir qrup polis əməkdaşı tərəfindən aldadıldığını və güllələndiyini lakin şikayətinə heç kimin baxmadığını deyir. Buna etiraz edərək o kamera qarşısında ağzını tikərək ölüm aclığına başladığını bəyan edib.

Maşın biznesi ilə məşğul olduğunu deyən Nicad İbrahim Azərbaycanda bizneslə məşğul olan bəzi polis əməkdaşları tərəfindən aldadıldığını və ayağındna güllələnərək öldürülməsinə cəhd edildiyini deyir. Buna rəğmən şikayətçi deyir ki, onun şikayətinə heç kim baxmayıb və o etiraz əlaməti olaraq ağzını tikib ölüm aclığına başlamaq qərarına gəlib.

Məsələ ilə bağlı qarşı tərəfin fikrini efirə verməyə hazırıq

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26