Interposta.Info

100 gün sonra planetdə 181 insan qalacaq –

Ölkə
 4-01-2017, 14:15     959

100 gün sonra planetdə 181 insan qalacaq –

Zombi-apokalipsis başlanacağıcı halda təxminən 100 gün sonra bəşəriyyət əhalisinin sayı 100-200 insana qədər azalacaq.

Belə nəticəyə “Journal of Physics Special Topics” nəşrində dərc edilmiş məqalənin müəllifləri gəliblər.

Yəni qiymətlərdirmələrə görə, planetin təkrar formalaşması praktik olaraq qeyri-mümkün olacaq. Tədqiqatçılar zombilərin kütləvi hücumu halında dünyanın məhvinin sürətinə təsir edəcək iki əsas amili müəyyən ediblər: ehtimal və “zombifikasiya”. Alimlər ssenaridə öz modellərindən istifadə ediblər. Onlar hesab edir ki, yoluxma zombinin dişləməsi ilə qeydə alınan hadisələrin 90 faizində olacaq və zombilərin özləri təxminən 20 gün yaşayıb, susuzluq və aclıqdan öləcəklər.
Mütəxəssislər hesablayıblar ki, epidemiya insanların ən sıx yaşadığı yerdə yaşayan bir yoluxdurulmuş insandan başlanarsa, planetdə 100 gün sonra cəmi 181 insan və təxminən 190 milyon zombi qalacaq. Onlar zombinin insan tərəfindən məhv edilməsi imkanını nəzərə almayıblar.
Qeyd edək ki, zombi-apokalipsis dünyanın məhvinin fantastik ssenarisidir. Ssenariyə görə, bəşəriyyət virus və ya bakteriyanın çox sürətlə yayılması nəticəsində məhvə gedir, zombinin insanı dişləməsi ilə infeksiya ötürülür. Zombi-apokalipsisin süjeti filmlərdə tez-tez istifadə olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26