Interposta.Info


Botanika İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Müxtəlif
 19-05-2026, 14:53     109

Botanika İnstitutu fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

AR ETN Botanika İnstitutuAzərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2026-cı il tarixli 320s nömrəli sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul” əmrinə əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 3 yer (qiyabi);

2430.01- “Mikologiya”- 1 yer (qiyabi);

2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

2411.02 - “Bitki fiziologiyası” – 1 yer (qiyabi);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2417.01– “Botanika” – 4 yer (2 əyani, 2 qiyabi);

Doktoranturaya sənədlərin qəbulu mayın 19-dan iyunun 9-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.

Əlavə məlumat üçün Botanika İnstitutunun Elmi kadrların hazırlığı sektorunamüraciət edə bilərsiniz.

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26