Interposta.Info

İmişlidə 59 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Müxtəlif
 20-04-2026, 20:19     123


İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1967-ci il təvəllüdlü Mehman Novruz oğlu Cavadov yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, əraziyə baxış keçirilib.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır./teleqraf

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26