Interposta.Info


"Teleradio"ya yeni rəhbər təyin edildi

Müxtəlif
 16-04-2026, 12:32     148

"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” MMC-nin (Teleradio) rəhbəri dəyişib.
APA xəbər verir ki, qurumda baş direktorunun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib.
Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub.
Qeyd edək ki, Ə.Əliyev eyni zamanda, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) marketinq və ictimaiyyətlə əlaqələr departamentinin direktorudur.
T.Əsgərzadə isə bu vəzifəyə ötən ilin yanvar ayında təyin edilmişdi.
Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26