Interposta.Info

Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)

Müxtəlif
 19-12-2025, 16:48     45 030

Meyxanaçı Kərim (Ağkərim Novruzov) Maştağa qəbiristanlığında dəfn olunacaq.

"İnterPosta"nın məlumatına görə, bu barədə Qaynarinfo-ya mərhumun qohumu Rüstəm Cənnətov məlumat verib.

O bildirib ki, mərhumla vida mərasimi yaşadığı evdə keçiriləcək:

"Bu saatlarda vəfat edib. Qərar verdik ki, dəfn mərasimini sabaha saxlayaq. Odur ki, Ağakərim Novruzovun sevənləri onun dəfndə iştirak edə bilər".

Xatırladaq ki, meyxanaçı Ağakərim Novruzov vəfat edib. Meyxanaçı uzun zamandır ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Kərim 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26