Interposta.Info

Azərbaycanda bloqer canlı yayım zamanı döyüldü

Müxtəlif
 29-11-2025, 09:31     48 170

Azərbaycan əsilli tanınmış bloqer Sübhan Məmmədov ("Subo”) Dubayda canlı yayım zamanı fiziki hücuma məruz qalıb.

"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, insident "Subo”nun MMA döyüşçüsü Şovhal Çurçayev barədə səsləndirdiyi sözlərdən sonra baş verib.

Belə ki, bloqer canlı yayımda döyüşçünün guya UFC rəhbəri qarşısında diz çökərək yarışlara dəvət istədiyini iddia edib. Bu ifadələri özünə ağır təhqir hesab edən Çurçayev əsəbiləşərək bloqerə zərbələr endirib.

Xatırladaq ki, bu ilin əvvəlində "Subo”nun Rusiya vətəndaşlığı ləğv olunub və onun ölkəyə girişinə qadağa qoyulub.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26