Xalq artisti Şahnaz Haşımova palataya köçürüldü
Xalq artisti Şahnaz Haşımovanın səhhəti normaldır.
Bu barədə Qaynarinfo-ya müğənninin nəvəsi Eldar Abdullayev məlumat verib. O, Şahnaz Haşımovanın artıq palataya köçürüldüyünü bildirib:
"Vəziyyəti normaldır, müalicəsi davam edir. Həkimlər deyir ki, belə gedərsə, sabah evə buraxılacaq, Şahnaz xanım ev üçün darıxır. Biz də istəyirik, evə aparaq. Onun üçün evi daha rahat olar. Amma hələ həkimlər icazə vermir”.
Xatırladaq ki, bir müddət öncə Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. Xəstəxanaya yerləşdirilən müğənni əməliyyat olunub.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

