Interposta.Info

Azərbaycanla Qazaxıstan rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlığı müzakirə etdi
 

Müxtəlif
 21-10-2025, 12:35     19 644

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşüb. Görüşlər zamanı innovasiya, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Astana Hub” İnnovasiya mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Tərəflər rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazir Rəşad Nəbiyevin Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə görüşündə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26