Milli Olimpiya Komitəsinin vəzifəli şəxsi vəfat etdi
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
"İnterPosta" Oxu.Az-a istinadən məlumatına görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, M.Kərimov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.
Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı. MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

