Interposta.Info

"Qızı maşına sürüyə-sürüyə apardılar" (VİDEO)

Müxtəlif
 12-09-2025, 09:51     42 066


Zərdabda qaçırılan 22 yaşlı qızın anası danışıb. Ana Dilşad Qafarova bildirib ki, qızını zorla maşına qoyub aparıblar.

"Qızı sürüyə-sürüyə maşına qoydular. Düşmənçiliyi özləri yaradıblar. Oğlan da pisdir. Dava edir, həbsə düşür. Bu yaxınlarda da olub. Qızın bacısını da oğlanın anası şikayət edib saxlatdırıb. Səbəbini bilmirəm", deyə ana bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı şübhəli İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu, onun 1968-ci il təvəllüdlü anası və qızın 1990-cı il təvəllüdlü bacısı saxlanılıb. Bacının qarşı tərəfə yardım etdiyi müəyyənləşib.

Ətraflı "Baku TV”nin videomaterialında:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26