Faciəvi şəkildə ölən Günel nazir köməkçisinin bacısı imiş
Xaçmazda göbələkdən zəhərlənərək vəfat edən Günel Abdullayeva nazir köməkçisinin bacısı imiş.
1985-ci il təvəllüdlü qadın elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.
Qeyd edək ki, Xaçmazda 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi 1985-ci il təvəllüdlü Günel Abdullayeva göbələkdən zəhərlənərək ölüblər. Məlumata görə, Günel Abdullayeva rəfiqəsi İlahə Bayramova ilə birgə Bakıdan Xaçmaza qonaq gedib və oktyabrın 28-də Seyidli kəndi ərazisində meşə zolağında topladıqları göbələkdən yedikləri üçün zəhərləniblər.
İlahə Bayramova Bakıya gətirilərkən yolda, Günel Abdullayeva isə paytaxtdakı xəstəxanada vəfat edib./qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26