Hərbi Komissarlığın rüşvətə görə həbs olunan sabiq şöbə rəisi kassasiya şikayətini geri götürüb

Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Toğrul İsgəndərov şikayətini geri götürməsi ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə onun müraciətini nəzərə alıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, T.İsgəndərov irəli sürülmüş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, T. İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26