Interposta.Info

Bakıda 30 hektarlıq yeni park salınır (FOTO)

Müxtəlif
 15-03-2024, 15:36     41 185

Bakının Nərimanov rayonunda yeni parkın salınması istiqamətində işlər aktiv mərhələyə qədəm qoyub.

"İnterPosta" xəbər verir ki, bu barədə "Caliber" nəlumat yayıb.

Bildirilir ki, yeni salınacaq parkın ərazisi 30 hektar olacaq. Yeni park Vaqif prospektinin, həmçinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin bir hissəsini (Azərbaycan Diplomatik Akademiyası ilə üzbəüz ərazini, Gənclik metrosunun yaxınlığı) əhatə edəcək.

Park mövcud ağaclara maksimum toxunmamaq şərti ilə relyeflə uyğun salınacaq.

Yeni parkın salınması çərçivəsində Ceyhun Hacıbəyli küçəsinin Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsinə kimi mövcud olmuş "Tikinti materialları bazarı”, həmçinin oranın yaxınlığındakı azmərtəbəli yaşayış binaları və yardımçı tikililər sökülüb.

Yeni parkla "Dədə Qorqud” parkı arasında əlaqə yaratmaq üçün ərazidə yeni yeraltı piyada tunelinin tikintisinə başlanılıb. Bu məqsədlə Vaqif prospektinin bir hissəsi hasarlanıb.

Bütün işlər yekunlaşdıqdan sonra sakinlərin xoş istirahəti üçün yeni, gözəl və yaşıllıqlarla bol məkan mövcud olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26