Interposta.Info

Quru makaronlar xərçəng yaradır? - Həkimdən açıqlama (VİDEO)

Müxtəlif
 13-02-2024, 09:48     24 848

Əksər uşağın çox sevdiyi, tez-tez yediyi bişirilməmiş quru makaronlarla bağlı sosial şəbəkələrdə yayılan görüntülər insanları bu məhsulla bağlı yenidən düşünməyə vadar edib.

Tərkibində qurdların olduğu iddia edilən kadrlarda balacaların sağlamlığı üçün təhlükə olduğu aydın görünür.

Ekspertlər bu makaronların zərərli olduğunu, hətta xərçəng yarada biləcəyini deyirlər. Quru makaronların tərkibində asılılıq yaradan maddə olduğu da qeyd olunur.

Qida üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, belə qidaları qəbul edən şəxslərdə bir çox daxili orqanların xəstəlikləri, eyni zamanda da həzm problemi yaranır:

"Onların yanında istifadə olunan, el arasında Çin duzu kimi tanınan dadlandırıcılar ağızda ənənəvi dadbilmə hissini pozmaqla yanaşı, həm də həmin qidadan asılılıq yaradır”. Üstəlik, bu makaronların plastik qablarda olması, həmin qabda qidaya qaynar suyun əlavə edilərək hazırlanması onları daha da zərərli edir.
Mütəxəssislər deyirlər ki, adi gün şüalarının təsiri nəticəsində bu növ qida məhsullarında kimyəvi reaksiyalar gedir və qəbulu zamanı bütün orqanların zədələnmək ehtimalı artır.

Ətraflı Baku TV-nin süjetində:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26