Interposta.Info

Natəvanın əsrlərdir saxlanılan şəxsi dəftərində görün nələr qeyd olunub (VİDEO)

Müxtəlif
 24-01-2024, 15:41     19 413

AzTV 12 min nadir nüsxənin qorunub saxlandığı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan reportaj hazırlayıb.

Reportajda Səfəvi imperiyasının hökmdar II Şah Abbasın fərmanı, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, şairə Xurşidbanu Natəvanın "Gül dəftəri – təsvirli şeirlər albomu” adlı şəxsi dəftəri, Məşhur alim İbn Sinanın "Əl-qanun fit-tibb" adlı əsərinin əlyazması barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin toplandığı institutda qorunub saxlanılan dahi şair Məhəmməd Füzulinin XVI əsrə aid divanının Bakı nüsxəsi UNESCO-nun "Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26