Interposta.Info

Şəhid polkovnikin oğlundan bacısı barədə təsirli paylaşım (FOTO)

Müxtəlif
 20-01-2024, 09:57     34 437


Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev bacısı barədə təsirli paylaşım edib.

"İnterPosta" qafqazinfo.az-a istinadən xəbər verir ki, o bunu sosial media hesabında yazıb.

Paylaşımda bacısı Gülnarə Mirzəyevanı İngiltərənin nüfuzlu universitetlərindən olan "Warwick Business School"un magistr pilləsini başa vurması münasibətilə təbrik edib:

"Təbrik edirəm bacı! Uğurların hər zaman bol olsun. İnanıram ki, ata bizdən xəbərdardır və bizimlə qürur duyur. Onun arzularını müvəffəqiyyətlə yerinə yetiririk! Qürur duyuram səninlə və unutma ki, sənin üstündə atanın kölgəsi, yanında ailən dayanıb", - deyə o qeyd edib.

Qeyd edək ki, polkovnik İlqar Mirzəyev general-mayor Polad Həşimovla iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olublar. Onlar iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunublar.

Prezident İlham Əliyevin sərəncamına əsasən, hər iki zabitə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26