Interposta.Info

Qazi: “Dövlətimizin həssas təbəqənin insanlarına göstərdiyi diqqət və qayğı onun qüdrətinin təzahürüdür”

Müxtəlif
 19-01-2024, 13:01     38 403

Ölkəmizdə belə mühüm tədbirlər ardıcıl olaraq, davamlı şəkildə həyata keçirilir. Bu gün mən də belə bir tədbirin iştirakçısı oldum. Bu gün bizlər həssas təbəqənin insanları olaraq dövlətimiz tərəfindən avtomobillə təmin olunmuşuq.

Bu sözləri Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda sağlamlığını itirmiş ikinci qrup əlil, ehtiyatda olan mayor Etibar Həsənquliyev jurnalistlərə açıqlamasında söyləyib.

Qazi bildirib ki, bütün bunlar dövlətimizin həssas təbəqənin insanlarına göstərdiyi diqqət və qayğının təzahürüdür, həmçinin dövlətimizin gücünün, qüdrətinin bir sübutudur.

“Allah dövlətimizi qorusun! Eşq olsun qəhrəman xalqımıza! Eşq olsun qüdrətli dövlətimizə! Eşq olsun rəşadətli Ordumuza! Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin müqəddəs ruhları daim şad olsun!”, - deyə E.Həsənquliyev əlavə edib./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26