Interposta.Info

Şəxsin ölümündən sonra orqanlarının götürülməsi prosesi belə olacaq (VİDEO)

Müxtəlif
 12-01-2024, 11:19     40 117

Öləndən sonra orqanın bağışlanması üçün lazım olan sənədin forması təsdiqlənib.

Sənədə əsasən, şəxs ölümündən sonra orqanlarının tibb müəssisəsi tərəfindən transplantasiya məsədilə götürülməsinə razılıq verib-vermədiyini bildirməlidir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov deyir ki, Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd ediləcək.

Deputat bildirir ki, bu həm tibbi, həm də ölkə qanunvericiliyi ilə həyata keçiriləcək.

Bunun həyata keçirilməsi ilə neçə-neçə həyat xilas edilə bilər.

Rəşad Mahmudov hansı orqanların köçürüləcəyi və porsesin necə həyata keçiriləcəyini açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26