Interposta.Info

Bakı metrosunda 20 dəqiqə ləngimə: Sərnişinlər qatardan düşürüldü

Müxtəlif
 27-11-2023, 09:45     20 801


Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb.
Gecikmə metronun "Memar Əcəmi” stansiyasında daha çox hiss edilib. Sərnişinlərin sözlərinə görə, "Dərnəgül-Həzi Aslanov” xətti üzrə hərəkət edən bəzi qatarlar gecikib, bir neçəsi isə "Memar Əcəmi” stansiyasında sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.

Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Dərnəgül-Bakmil” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi” stansiyasında düşürülüblər:

"Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi” stansiyasında dalan yola verilib. Xətlər üzrə yubanma, qatarların hərəkət sahəsindən asılı olaraq, üç-beş dəqiqə təşkil edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26