Interposta.Info

Səhiyyə Nazirliyi qripin gec sağalmasına aydınlıq gətirdi

Müxtəlif
 22-11-2023, 16:56     22 695

Səhiyyə Nazirliyi qripin gec sağalmasına aydınlıq gətirib.
"İnterPosta" xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev qrip və soyuqdəymə arasındakı fərqə də diqqət çəkib. O bildirib ki, qrip "influenza” virusunun təsiri ilə ortaya çıxdığı halda, soyuqdəymə olduğumuz mühitdə soyuq-isti balansının pozulması ilə yaranır. Simptomlarına gəlincə isə, həkimin sözlərinə görə, onlar arasında o qədər də fərq olmur.

Gec sağalma ilə bağlı şikayətlərə münasibət bildirən həkim deyib ki, bu, çox vaxt düzgün olmayan dərman qəbulu zamanı ortaya çıxır və uyğun olmayan dərman qəbulu orqanizmin sağalmasını gecikdirir.

Həkim qrip zamanı antibiotik istifadəsinə də münasibət bildirib. O deyib ki, antibiotik, xəstəliyi yaradan səbəb bakteriya olduğu zaman yazılır.

Orqanizmin gücləndirilməsi barədə danışan həkim bu məsələdə diqqət etməli olduğumuz məqamları xatırladıb:

"Bunun üçün stressi düzgün idarə etmək, yuxu rejiminə fikir vermək, mövsümə uyğun qidalardan istifadə etməyə diqqət göstərməliyik”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26