Interposta.Info

Xalq artisti ilə bağlı Vilayət Eyvazov və Kamran Əliyevə müraciət

Müxtəlif
 3-10-2023, 13:01     726

"Xalq artisti Könül Xasıyeva tərəfindən şər və böhtana məruz qalmışam".

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu gənc jurnalist Pərviz Hüseyn Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Kamran Əliyevə müraciətində deyib. O bildirib ki, dəlillər və əsaslı sübutlar olmadan haqqında 221.3-cü maddə ilə cinayət işi açılıb:

"İndiyədək heç kəsə qarşı haqsızlıq etməmişəm, təhqir və ya fiziki zorakılıq etməmişəm. Mənim Xasıyevanın oğlu Kazıma çantayla vurub xəsarət yetirməyim şər və böhtandan ibarətdir! İstintaq zamanı nə uşaqla, nə də hadisə zamanı orada olan adamlarla üzləşdirilməmişəm. Digər məhkəməni görən, panik-atakım tutan zaman mənə su verən, havaya çıxaran şəxslərin ifadəsi alınmayıb. Əlimdəki səs yazısı sübut kimi qiymətləndirilməyib. Mənim günahsız olduğum ortaya çıxmasın deyə Könül Xasıyeva müxtəlif yollarla istintaqa təzyiq edir. Öz fəxri adından və statusundan istifadə edərək gələcəyi hələ irəlidə olan bir gəncdən pul tələb edir ki, şikayətindən əl çəksin. Xahiş edirəm, məsələnin obyektiv araşdırılması üçün mənə yardım edəsiniz!", - deyə P. Hüseyn qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26