Interposta.Info

Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? (FOTO/VİDEO)

Müxtəlif
 25-09-2023, 15:09     372

Hərbi qulluqçumuz Əkrəm Yunis oğlu Şadmanov ordumuza məxsus "KamAZ” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.

"İnterPosta" Bizim.media-ya istinadən xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub.

Rütbəcə polkovnik-leytenant olan Şadmanov "N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib.

Onun Xocalıya ilk qədəm qoyan hərbçilərimizdən biri olduğu qeyd edilir.


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26