Interposta.Info

Bakıda toya hazırlaşan bəy işdən icazə ala bilmədi: Qanunlar nə deyir?

Müxtəlif
 21-09-2023, 14:24     425

Azərbaycanda toyu olacaq şəxsə işlədiyi müəssisədən icazə verilməyib.

Bakıda toya hazırlaşan gənc işlədiyi müəssisənin rəhbərinə müraciət edib və 3-5 gün əvvəldən icazə istəyib. Rəhbərlik isə ona yalnız toy günü icazə verəcəyini bildirib. Bu isə bəyi narazı salıb.

Bəs, toydan bir neçə gün əvvəl işdən icazə istəmək qanunvericiliklə necə tənzimlənir?

Vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında qanunvericilikdə belə bir məsələnin olmadığını qeyd edib:

"Qanunvericilikdə ancaq məzuniyyət məsələsi var. Toyu olan şəxs ya əmək məzuniyyətinə çıxa bilər ki, bu da ödənişli və ya öz hesabına mümkündür. Öz hesabına da da çıxanda işəgötürənin razılığı olmalıdır. Bu qarşılıqlı razılıqla olan məsələdir. İşəgötürən hansısa səbəbdən razılıq verməyə bilər. Hər bir şəxsin ildə bir dəfə iş ştajından asılı olmayaraq, məzuniyyətə çıxmaq haqqı var. Məzuniyyətin sayı isə onun stajından asılıdır”.


Vəkil qeyd edib ki, məzuniyyət ən azı 21 gün hesablanır:

"Bunu hissələrə bölmək də olar. Böləndə ən azı 14 gün təşkil edir. Toyu olan şəxs bu hüququndan istifadə etməyibsə, deməlidir ki, məzuniyyətə çıxıram. Məzuniyyət hüququ yoxdursa, ödənişsiz məzuniyyət götürə bilər. Yenə də işə götürənin icazəsi lazımdır”.

Vəkil adıçəkilən məsələdə işəgötürənin haqlı olduğunu qeyd edib:

"Bəlkə onu əvəz edən yoxdur? Əsas odur ki, toy günü icazə verir. Halbuki o da qanunda yoxdur. Bir qayda olaraq bu məsələlər qabaqcadan razılaşdırılmalıdır. Bəlkə həmin şəxs biray əvvəldən desəydi, işəgötürən planlaşdırardı, onun əvəzinə başqa işçilər işə çıxardı. Bir qayda olaraq Azərbaycanda toy şənliyi həftə sonu - şənbə və bazar günləri olur. Bir də belə deyək, toydan 4-5 gün əvvəl bəyə işlədiyi müəssisədən icazə almaq nəyə görə lazımdır? Qadınları yenə başa düşürəm, onların nəinki özləri evlənəndə, hətta başqasının toyuna bir həftə əvvəl hazırlaşırlar. Saç düzümü, paltar seçmək, ayaqqabı və s. almaq vaxt aparır. Kişilər isə paltarını geyinib çıxır. Ancaq qadına icazə lazımdır”./qaynarinfo.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26