Interposta.Info

İndiyədək Qarabağda 480-dən çox şəxsə məxsus meyit qalıqları aşkar edilib

Müxtəlif
 15-08-2023, 16:13     430

“Ötən dövr ərzində Xocavəndin Edilli, Xocalının Fərrux, Füzulinin Seyidəhmədli, Şuşanın Daşaltı kəndlərində, həmçinin Kəlbəcər, Ağdam və digər yaşayış məntəqələrində ümumilikdə 480-dən çox şəxsə məxsus qalıqları aşkar edilib”.

Bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə 300-ə yaxın məhkəmə tibbi kriminalistik və məhkəmə molekulyar genetik ekspertizası həyata keçirilib.
E.Tağıyev bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi prosesi davam edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26