Interposta.Info

DİM dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirəcək
 

Müxtəlif
 11-08-2023, 11:31     479

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-cü il avqustun 13-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçiriləcək.

Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (metronun “8 Noyabr” stansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək. Kompüter vasitəsilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.

İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün AB qrupu üzrə doqquz, AC qrupu üzrə 11, BA qrupu üzrə 80, BB qrupu üzrə 203 olmaqla, ümumilikdə 303 namizəd qeydiyyatdan keçib. İmtahanların keçirilməsi üçün iki imtahan rəhbəri, 17 nəzarətçi‑müəllim, iki buraxılış rejimi əməkdaşı ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26