Interposta.Info

Avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması qadağan edilib? - FOTO

Müxtəlif
 5-07-2023, 11:52     382

Nəqliyyat vasitələrinin əlavə qaz yanacağı ilə istismar olunması üçün xüsusi avadanlıq quraşdırılmasının qadağan olunduğu iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi müvafiq qadağa tətbiq edib.

Məsələ ilə bağlı idarə ilə əlaqə saxladıq.


İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qurum tərəfindən sürücülərə belə bir qadağa tətbiq olunmayıb:

“Nəqliyyat vasitələrində əlavə qaz yanacağı ilə istismar olunması üçün xüsusi avadanlıq qoyulmasına heç bir məhdudiyyət yoxdur. Avadanlığın quraşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsindən nəqliyyat vasitəsinə verilmiş müayinə və qaz balonunun istismara yararlılığı haqqında sənəd, həmçinin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Elmi-Tədqiqat İnstitutunun rəyi təqdim edilməlidir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26