Interposta.Info

Şəhid anası imtahanda yüksək bal topladı - VİDEO

Müxtəlif
 21-06-2023, 23:15     439

Vətən müharibəsi qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qaziyeva sertifikatlaşdırma imtahanında rekord nəticəyə imza atıb.

Bununla bağlı Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.

O qeyd edib ki, S.Qaziyeva 67 dəqiqədə 59 bal toplayıb.

C.Valehov bildirib ki, Südabə Qaziyeva Zaqatala rayonu, Aşağı Tala 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26