Interposta.Info

Amerikalı səyyah: “Qarabağda olduğum günləri unutmayacağam”

 

Müxtəlif
 16-06-2023, 17:52     394

“Qarabağda olmaqdan çox məmnunam və burada olduğum günləri unutmayacağam”

Bunu “Report”a açıqlamasında ABŞ-nin Florida ştatından gələn səyyah Ceni Koffi deyib.

Onun sözlərinə görə, Şuşa çox möhtəşəmdir:

“Ümid edirəm ki, tezliklə burada yaşayış bərpa olunacaq. Şuşanın görünüşündən tarixi şəhər olduğu bilinir və insanda elə bir təəssürat yaradır ki, burada əsrlərdən, minilliklərdən əvvəl yaşayış olub. Qarabağa gəldiyim üçün çox xoşbəxtəm və burada olduğum üç gün məndə gözəl xatirələr yaratdı”.

Qeyd edək ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhəri ilə yekun vurulub.

Səfər dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatı tərəfindən təşkil olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26