Interposta.Info

Azərbaycanda dərmanların qiymətləri ilə bağlı sevindirici xəbər (VİDEO)

Müxtəlif
 16-05-2023, 12:52     495

"Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklik qiymətlərin optimallaşdırılmasına imkan verəcək.

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov danışıb.

O, əlavə edib ki, ölkəmizə dərman idxalı edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasının asanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.

Qeyd edək ki, "Dərman vasitələri haqqında" qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda təsdiq edilib.

Dəyişikliyə əsasən, qanunun 6.6-cı maddəsi yeni redaksiyada verilir. Yeni redaksiyada qeyd edilir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının (və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəə nişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması, ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələri istisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırda isə eyni maddədə "müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.

Ətraflı ATV-nin videomaterialında izləyə bilərsiniz:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26