AMEA həyacan təbili çalır: "Su qıtlığı daha da artacaq"
"Azərbaycanda su qıtlığı getdikcə daha da artacaq".
Bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.
Onun sözlərinə görə, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: "Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir: "Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”./report
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26