Interposta.Info

Hansı müəllimlərin maaşı artacaq? - Nazirlik rəsmisindən açıqlamalar

Müxtəlif
 9-09-2022, 16:35     377

Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırovun APA-ya müsahibəsini təqdim edirik:

- 51 bal toplayaraq sertifikasiyanın birinci mərhələsindən keçən müəllimlər üçün müsahibə mərhələsində hər hansı bir bal tələbi var?
- Qaydalarda müsahibə mərhələsinin qiymətləndirilməsi meyarları qeyd olunub. Burada həm meyar, həm də hər meyar üzrə əmsal nəzərdə tutulur. Maksimum bal 40-dır. Bu balın 50%-ni yığan namizədlər artıq keçmiş hesab olunur. Yəni onlar artıq 50%-dən yuxarı balı toplayıbsa, onlara artımlar şamil edilir.

- Müsahibə mərhələsindən kəsilənlər növbəti ildə həm test, həm də müsahibə mərhələsində yenidən iştirak etməlidir?

- Xeyr, onların yalnız müsahibə mərhələsində iştirak etməsi kifayət edəcək.

- 5 ilə qədər iş təcrübəsi olan müəllimlər sertifikasiyaya cəlb olunmur. Bəs onlardan könüllü olaraq müraciət edib sertifikasiyada iştirak etmək istəyənlər olubmu ki, artım ala bilsinlər?
- Builki sertifikatlaşma prosesi tamamlanıb. Qaydalara görə, beş ili tamam olmayan, müsabiqə ilə ilk dəfə işə qəbul edilən müəllimlər 5 il müddətinə sertifikasiyadan azaddır. Lakin onların da əməyinin stimullaşdırılması bizim üçün çox vacibdir, marağımızdadır. Biz bu məsələlərə yalnız mövcud qaydalar çərçivəsində baxacağıq.

- Bəzi məktəblərdə uzun illər təcrübəsi olan müəllimlərin dərs saatları alınaraq MİQ ilə qəbul olunan müəllimlərə verilir. Səbəb isə gənc müəllimin MİQ balının digər müəllimin diaqnostika balından yüksək olması göstərilir...
- Burada fərdi araşdırma tələb olunur. Konkret olaraq məktəb və müəllim təqdim edilməlidir ki, biz bu məsələni araşdıraq. Ümumilikdə isə dərs bölgüsünün aparılması üçün qaydalar var və burada ballar nəzərə alınmalıdır. Burada müəllimin attestasiya üsulunun fərqi yoxdur. Həm MİQ, həm də diaqnostik balı 60 olaraq qiymətləndirildiyi üçün onların müqayisəsini aparaq bölgü etmək olar. Yaxud 100 ballıq olsa belə faiz nisbəti ilə baxıla bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26