Interposta.Info

Azərbaycanda bu universitetlərdə dərslər hibrid formada keçirilə bilər (VİDEO)

Müxtəlif
 30-08-2022, 10:01     273

Bir müddət sonra Azərbaycanda yeni tədris mövsümü başlayır.

"İnterPosta" xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun "Xəzər Xəbər"ə bildirdiyinə görə, indiki mərhələdə heç bir universitetdə distant təhsil gözlənilmir.

Tam ənənəvi təhsilə gəlincə, ekspert deyib ki, bunu yalnız tələbə sayı az olan universitetlər reallaşdıra bilərlər. 15 mindən çox tələbəsi olan ali təhsil müəssisələrinin isə seçimi yenə də hibrid təhsil olacaq.

Mövzuya münasibət öyrənmək üçün ölkənin iki ən böyük ali təhsil müəssisəsi ilə əlaqə saxladıq. Azərbaycan Dövlət İqtisad Universitetindən bildirildi ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə məktub ünvanlayıblar. Cavaba uyğun addım atılacaq.

Bakı Dövlət Universiteti də həm nazirlik, həm də daxili elmi şurasının qərarını gözləyir.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə bildirdi ki, sentyabrın 15-dən bütün ali təhsil müəssisələrində dərslərə ənənəvi qaydada başlanacaq. Əgər tələbə sayı çox olan universitetlər hibrid təhsillə bağlı müraciət edərlərsə, bu məsələyə də baxılacaq. Distant təhsil isə ümumiyyətlə gözlənilmir.

Qeyd edək ki, ölkəmizdə təkcə bu il 51 min şəxs tələbə adını qazanıb. Ümumilikdə isə 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26