Interposta.Info

AMEA-nın sabahkı Ümumi yığıncağının gündəliyinə bir məsələ daxil edilib

Müxtəlif
 18-02-2022, 16:10     411

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

"İnterPosta" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib. Onun sözlərinə görə, iclasın gündəliyi də artıq məlumdur. Gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

"Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26