Interposta.Info

Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi

Müxtəlif
 28-12-2021, 16:06     317

Baş Prokurorluq bir qrup media istifadəçilərinə xəbərdarlıq edib.

Mətbuat xidmətindən "İnterPosta"ya verilən məlumata görə, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2-ci maddəsinin tələblərini pozmuş Yusubov Bəxtiyar Yusub oğlu, Günəşli Seymur Şirbala oğlu, İsmayılov Bəxtiyar Qafqaz oğlu, Namazov Mahir Nadir oğlu və Əzizov Musa Mazan oğluna xəbərdarlıq elan edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26