Interposta.Info

"Qaraheybət" faciəsinin 22 yaşlı leytnantı, VƏTƏN, ƏLİ aşiq Süleymanov Abdulla - DSX ZABİTİ + VİDEO

Müxtəlif / Manşet
 6-12-2021, 19:14     14 558

Xızı rayon ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olan 14 hərbçidən biri leytenant Abdulla Telman oğlu Süleymanovdur.

Əslən Cəbrayıl rayonunun Çərəkən kəndindən olan 22 yaşlı Abdullanın dayısı Səbuhi Zamanov İnterPosta.info-ya danışıb:

"O bildirib ki, bacısı oğlu Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirib, 22 yaşı vardı, subay idi. O, Vətən müharibəsində iştirak etmişdi, Zəngilanda və digər rayonlarda gedən döyüşlərdə vuruşmuşdu”.


O bildirib ki, Abdulla Süleymanovun ailəsi 1993-cü ildən Cəbrayıl rayonunu məcburi köçkün kimi tərk edəndən sonra ağır həyat şəraiti sürüblər. Ailə əvvəlcə Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşıb. Abdulla bütün çətinliklərə rəğmən, ali təhsil alıb, həm də çətin sahəni seçib, hərbçi peşəsinə yiyələnib.

Daha ətraflı Media TV-nin təqdim etdiyi sujetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26