Interposta.Info

"Son 10 ildə televiziyalarımız Azərbaycanın ailə institunu dağıtmaq üçün belə bir konsepsiya üzərində işləyirdi..." - Kamran Həsənli

Müxtəlif
 10-09-2021, 20:35     22 645

“Son 10 ildə televiziyalarımız Azərbaycanın ailə institunu dağıtmaq üçün belə bir konsepsiya üzərində işləyirdi. Çünki azərbaycanlıların bütün Sovet respublikalarından fərqi həmişə ailə institutunu möhkəm olması idi. Azərbaycanlılar həmişə bununla fərqləniblər. Bunun da səbəbi min ildən gələn adət-ənələrimiz idi. Baxmayaraq ki, Rusiya İmperiyası Azərbaycana gələndə azadlığımızı, düşüncəmizi itirmişdik, amma ailə institutunu qoruyub saxlaya bilmişdik”.
"İnterPosta" xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor, şoumen Kamran Həsənli deyib. K.Həsənlinin sözlərinə görə bu cür verilişlərlə hər şeyi əndazədən çıxardılar:
“Son on ildə bu konsepti televiziyaya çıxardılar və Azərbaycandakı ailə institutunu dağıtmağa çalışdılar və bu istiqamətdə uğruları da var. Yəni ki, ər arvaddan şikayət etsin, hansı ki, dədə-babadan görmüşük ki, ər dostlarıyla danışanda arvadını adını çəkməz, ondan danışmaz. Bizim bu cür yazılmayan qanunlarımız var. Amma həmin verilişlərdə arvad ərindən, ata qızından şikayət edərək bütün bu şeyləri adiləşdirdilər. Axı adamların da hamısı intellektual deyil axı. Bu bir konsept idi ki, insanlar ədəbsiz olsunlar, ailədə nifaq salınsın, insanlar sevgidən uzaq olsunlar. Televiziyalarımızda heç bir dəyişiklik yoxdur. Bu verilişləri televiziyalarımızdan çıxarmaqla bilmirəm konsepti dəyişmək istəyirlər, ya yox. Amma bu kökündən dəyişməlidir. Ancaq hər halda ilk uğurlardan biridir ki, bu cür verilişləri efirlərdən yığışdırırlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26