Interposta.Info

Məşhur azərbaycanlı iş adamı vəfat etdi (FOTO)

Müxtəlif
 29-07-2021, 13:06     1 400


Azərbaycanlı iş adamı vəfat edib.

Bu barədə İstanbulun "Florence Nightingale” klinikası məlumat yayıb.

Bildirilib ki, tanınmış azərbaycanlı iş adamı, məşhur fermer, "Hacıqabul Quşçuluq” şirkətinin sahibi Adışirin Babaşov dünyasını dəyişib.

Vurğulanıb ki, Adışirin Babaşov 28.07.2021-ci il tarixində saat 23:40 radələrində müalicə aldığı "Florence Nightingale” klinikasında ürək çatışmazlığından vəfat edib.

Mərhumun yaxınları iş adamının cənazəsinin 29.07.2021-ci il tarixində Azərbaycana gətiriləcəyini bildirib. /Oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26