Interposta.Info

Toyda vaksinasiyadan keçməyən şəxslər aşkarlanarsa, kimlər cərimələnəcək?
 

Müxtəlif
 2-07-2021, 10:10     389

"Toy mərasimində vaksinasiya edilməyən şəxs aşkarlanarsa, toy sahibləri məsuliyyətə cəlb ediləcək”.

"İnterPosta" oxu.az-a istinadən xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, vaksinasiyadan keçməyən iştirakçılar aşkarlanarsa, həm məclis sahibi, həm də şadlıq sarayının rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb ediləcək:

"Belə ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsinə müvafiq olaraq, fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər 4 min manatdan 5 min manata, hüquqi şəxslərə isə 5 min manatdan 11 min manata qədər cərimə edilməsi nəzərdə tutulub”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26