Interposta.Info

Şamaxıda ağaclar sındırılır, su yolu qıfıllanır! - Ekalogiya Nazirliyi və Şamaxı icra hakimiyyəti niyə göz yumur? - VİDEO

Müxtəlif / Manşet
 28-05-2021, 14:38     1 255

Şamaxı rayonunda ərazilər satılmaqda davam edir!?.

İnterPosta.info, Media TV informasiya qurupunun əməkdaşları aşıqlar, şairlər diyarı olan Şamaxı rayonuna bir günlük səfərdə olublar.

Zəngin təbiətə malik olan Şamaxı rayonunda dağların qoynunda axan təbii sulardan içərək istirahət etmək arzusu arzu olaraq media qurupumuzun əməkdaşlarının ürəyində qalıbdır.

Kaşki getməzdik, o gözəlliklərin qapısına dikələn darbasaları, qıfılı görməzdik!

Rayon ərazisində gözlə görülən təbiət gözəlliyini hansısa "sahibgar"lar hasarlamasından diyəsən rayon rəhbərliyinində xəbər yoxdur?

Yaxşı medianıda izləmirlər, gedən kadırlarıda görmürlər, nəyə və kimə görə bu qanunsuzluqlara göz yumurlar?

Müsəlman dinində su, yol çəkmək suab əməllərdəndir, amma bu adamlar suyun və suya aparan yolu qıfılayırlar.

Su içmək üçün qapının açılmasına 20 manat verməli olacağımızı bildirən "sahibgar"dan soruşanda ki, su yolun niyə bağlamısınız, o bizə bildirdi ki, mən buranı satın almışam!

Şamaxı rayon Ərçiman kənd ərazisində yerləşən Ərçiman Bulağını və müxtəlif növ ağazları necə satın almaq olar?

Bu sərvətlər Azərbaycan Xalqına məxsusdur, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır, meşə zolağıdır.

El bulağını şəxsi obyektinə çevirən şəxsdən kim olduğunu soruşanda o, özünü İVAN kimi təqdim etdi! Özü dediyi kimi, bu İVAN kimlərə güvənərək illərdi hərkəsin istifadə etdiyi çeşmənin yolun qıfıllayıb?



Şamaxı rayonu yaylaqlara qədər satılıb: Günbə-gün ötlaq sahələri azalır, yerli əhali kənd təsərüfatını necə inkişaf etdirəcək!..

İzləyəcəyiniz kadırlar birdaha sübut edəcək ki, rayonun ərazisi kimlərinsə sayəsində işbazlar tərəfindən mənimsənilib.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi! Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov bu sərvətlərə sahib çıxıb qoruya bilmir, heç olmasa siz nazirlik olaraq öz misiyanızı yerinə yetirin Şamaxı təbiətinə sahib çıxın!..

Bəlkə onda özünü İVAN kimi adlandıran şəxslər ağacları sındıraraq, kəsərək şəxsi maraqları xatirinə Şamaxı təbiətini məhv etməzlər.
Qarşı tərəfləri dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26