Interposta.Info

Nərimanov rayonu 45 saylı orta məktəbin müəlliməsi fəryad edir: Məni rəhbərlik təhqir edib, məktəbə buraxmır - VİDEO

Müxtəlif / Manşet
 10-04-2021, 01:39     2 757

45 saylı orta məktəbdə nə baş verir?!.

Bakı şəhər Nərimanov rayonu 45 saylı tam orta məktəbin müəlliməsi şəhid ailəsi, Ağdam rayon köçkünü Abdullayeva Şərafət Ramazan qızı saytımıza müraciət edib.

İnterPosta.info müəllimənin müraciətini olduğu kimi təqdim edir:

Hörmətli İlham Əliyev Canabları!

Mən Abdullayeva Şərafət Ramazan qızı Nərimanov rayonu 45 saylı orta məktəbdə 1 sentyabr 1993-cü ildən ibtidai sinif müəllimi vəzifəsində çalışıram. 04.09.2020-ci il rəhbərlik tərəfindən keçirilən Həmkar iclasına dəvət olunmuşam. Təhsil Nazirliyindən gələn əmrə görə başqa bir məktəbə getmək əks halda 6 saatla razılaşmalı, imza çəkməliyəm. Olunan təklifin heç biri ilə razılaşmadım. 7 (yeddi) aydır müraciətlər edirəm. Müraciətimlə bağlı məni dinləyən yoxdur. Əmək haqqı almıram, təhqir olunuram.
Dəfələrlə həmkar sədri Səlimə Hacıyevaya və məktəbin direktoru Nəcibə Axundovaya müraciət etsəm də mənim iştirakımla 04.09.2020-ci ildə Protokoldan çıxarış mənə verilmir, dərslə təmin olunmuram. 6saat dərs yükü 189 manatla 4 nəfər necə dolansın???

Hörmətli İlham Əliyev Canabları!

Etdiyim müraciəti nəzərə alıb, haqq ədalətin öz yerini tapmağında mənə köməklik edəsiniz.
Sizdən xahiş edirəm!

İnterPosta.info şikayətçi müəllimənin müraciətin təqdim edir:

Abdullayeva Şərafətin video çıxşın izləmək üçün toxunun!!!

Edilən iddiyalara görə qarşı tərəfi dinləməyə hazırıq.
****

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26