Interposta.Info

Prezident Sabirabadda açılışın etdiyi 22 km yol tamamil yararsız vəziyətdədir, günahgar kimdir? - VİDEO

Müxtəlif / Manşet
 6-04-2021, 00:12     2 281

Prezident İlham Əliyev Sabirabad rayonunda açılışın etdiyi 22 km yolun tamamil yararsız vəziyətə düşməsinə görə kim məsuliyyət daşıyır?

Rayon sakinləri İnterPosta.info, YouTude-də yayımlanan Media TV informasiya qurupuna müraciət edərək bildiriblər ki, ondan artıq kəndi rayonla birləşdirən yol 2014/15-ci illərdə yenidən tikilib.


Yolun tikintisi başa çatdıqdan sonra Prezident İlham Əliyevdə açılışında iştirak edərək rəmizi qırmızı lenti kəsmişdir və bundan sonra yerli əhalinin istifadəsinə verilmişdir.


Həyat şərayitlərinin yaxşılaşmasına sevinən kənd sakinlərinin sevinci çox çəkməyib. Belə ki, dövlətin büccəsindən yetərincə vəsait ayrılaraq 2014/15-ci illərdə inşa edilən yol 2019-cu ildə tamamilə dağılaraq yararsız vəziyətə düşüb.

Daha ətraflı İnterPosta.info təqdim etdiyi kadırlarda:



Dövlət babanın büccəsindən yetərincə vəsait ayrılaraq Sabirabad rayonunda 22 km yol inşa edilmişdir!..

Az bir zaman kəsiyində yolun tamamilə yararsız duruma düşməsinə görə Sabirabad rayon icra hakimiyyəti, yoxsa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsuliyyət daşıyır?

Adı çəkilən tərəfləri dinləməyə hazırıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26