Interposta.Info

“Oğlum təcili yardım gələnə qədər canını tapşırdı” - Nazpəri Dostəliyeva

Müxtəlif
 22-03-2021, 23:07     621


“Oğlum valideynlərimlə qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq”.

"İnterPosta" xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Nazpəri Dostəliyeva deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün anidən baş verdiyini bildirib: “Oğlum quş kimi yanımdan uçub getdi. Xalası ilə, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış”, - deyən sənətçi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Xalq artistinin böyük oğlu Əli Quliyev bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26